Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 215.501 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
"The Walking Dead: Season Two" — 2013-cü ildə "Telltale Games" tərəfindən istehsal olunmuş, eyniadlı komiks seriyasına əsaslanan epizodik qrafik macəra videooyunu. Bu layihə "The Walking Dead" videooyununun davamı hesab olunur, epizodları isə 2013-cü ilin dekabrı və 2014-cü ilin avqustu arasında yayımlanmışdır. Mövsüm başa çatdıqdan sonra oyunun kolleksiya diski də yayımlanmışdır. Oyun birinci mövsümdəki eyni narrativ strukturu tətbiq edir. Belə ki, oyunçunun bir epizoddakı seçimi gələcək hekayə elementlərinə qalıcı təsir göstərir. Birinci mövsümün və əlavə "400 Days" epizodunun yaddaş fayllarında qeyd olunan oyunçu seçimləri ikinci mövsümə ötürülmüşdür. Birinci mövsümdə əsas yoldaş personaj olan Klementina, ikinci mövsümdə protaqonist kimi çıxış etmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Azərbaycan–Şərqi Asiya mədəni əlaqələri — Azərbaycanın müxtəlif Şərqi Asiya xalqları və ölkələri ilə mədəni əlaqələri. Çini Avropa ilə birləşdirən Böyük İpək yolu müasir Azərbaycan ərazisindən keçmişdir. Bu yol mədəniyyətlərarası mübadilədə vacib rol oynayırdı. Naxçıvan-Təbriz yolu və Ərdəbil marşrutu müasir Azərbaycan ərazisini Böyük İpək Yolu ilə birləşdirirdi. Xəzər dənizi bölgələri İpək Yolu üzərindəki Qafqaz marşrutları boyunca ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrinin yaranması üçün xüsusi əhəmiyyətə malik idi.

Buddizmin Azərbaycanda monqol hakimiyyəti dövründə qısa bir müddət üçün mövcudluğu, iki əsrə yaxın müddətdə uyğur əlifbasının dövlət səviyyəsində tətbiq edilməsi və yayılması, Çin rəssamlıq ənənələrinin bölgə müsəlmanları və xristianlarının bədii və tətbiqi yaradıcılığına nüfuz etməsi ümumilikdə Azərbaycanda və Cənubi Qafqazda daha plüralist mədəniyyətin formalaşmasına öz töhfəsini vermişdir. (Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Hyustonun ən yüksək binalarının siyahısıABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərinin hündürlüyünə görə sıralanmış və 150 metrdən hündür olan binalarını ehtiva edir. Siyahıya hündürlüyü 305 metr olan 75 mərtəbəli JPMorgan Chase Tower binası başçılıq edir. Bu binanın tikintisi 1982-ci ildə bitib. JPMorgan Chase həm də dünyada ən yüksək beşkünc binadır. Hyustonda hündürlüyünə görə ikinci və üçüncü yeri uyğun olaraq Wells Fargo Plaza binaları tuturlar.

Hyustonda hündür bina tikintisi tarixi 1904-cü ildən başlayır. Belə ki, öz hündürlüyü ilə digər azmərtəbəli binalardan seçilən Franklin Lofts binasının tikintisi məhz bu ildə başa çatmışdır. Hündürlüyü naməlum olan bu binanın cəmi 8 mərtəbəsi var. Siyahıda ən son tikilən bina tikintisi 2011-ci ildə başa çatmış BG Group Place binasıdır. (Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli